Azərbaycan millisinin daha bir oyununun yeri müəyyənləşib.

"Unikal" xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Komandamızın Millətlər Liqasının qrup mərhələsində Slovakiya yığması ilə keçirəcəyi ev matçının stadionu dəqiqləşib. C Liqasının 1-ci qrupu çərçivəsində oktyabrın 14-də təşkil olunacaq IV turun görüşü Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.