Bizi çox çətin qarşılaşma gözləyir. İlk matçdakı nəticə də bunu göstərir.
"Unikal" xəbər verir ki, bunu Cəbəllütariqun “Linkoln” komandasının baş məşqçisi Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis yenidən Bakıya gəlməyin onlar üçün çox xoş olduğunu bildirib: "Keçən il də buraya səfər etmişdik. İstənilən halda, sabah meydana çıxıb vuruşacağıq. Ən azından özümüz barədə xoş təəssüratlar buraxmaq istəyirik. "Qarabağ" çox güclüdür. Əzmkar olacağıq. Bunu görəcəksiniz".
Qeyd edək ki, "Qarabağ" - "Linkoln" görüşü iyulun 30-u, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandalar arasında Cəbəllütariqdə baş tutan ilk matç Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.