Bakı Mühəndislik Universitetinin (BMU) 3-cü kurs tələbəsi Şahin Əsədov Əməkdar məşqçi Əbülfəz Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr, gənclər və kişilər arasında sambo güləşi üzrə dünya birinciliyinə lisenziya xarakterli ölkə kubokunun qalibi olub.
"Unikal" xəbər verir ki, Şağan Olimpiya İdman Kompleksində keçirilən və ölkəmizin bütün regionlarından idmançıların qatıldığı yarışda BMU tələbəsi 98 kq çəki dərəcəsində bütün görüşlərini qələbə ilə başa vuraraq birinci yerə layiq görülüb.
Yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Sambo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.