Azərbaycanda sənədsiz evlərin sənədləşdirilməsi məsələsi uzun zamandır müzakirə mövzusudur. Ötən gün bununla bağlı bildirilib ki, sənədsiz evlərlə bağlı ayrıca normativ hüquqi aktın qəbulu nəzərdə tutulub. Həmçinin, daşınmaz əmlakın elektron reyestri portalı gələn ilin əvvəlinə istifadəyə veriləcək.
Bəs görəsən, bu dəyişikliklər sənədsiz evlərin sənədləşdirilməsinə necə kömək edəcək?
Məsələ ilə bağlı "Unikal"a açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, hazırda bu istiqamətdə işlər gedir. Onun sözlərinə görə, istər hüquqi, istərsə də texniki istiqamətlər üzrə proses icra olunur.
"Yəqin ki, ilin sonuna qədər bu istiqamətdə qərar qəbul olunacaq. Prioritetlərdən biri sənədsiz evlərin sənədləşdirilməsidir. Eyni zamanda, sənədləşdirilməsi mümkün olmayan fərdi yaşayış evləri ilə bağlı müəyyən istiqamətlər bəllidir. Amma əsas priorotet sənədsiz evlərin sənədləşdirilməsi məsələsidir. Yeni yaradılacaq elektron portal ciddi istiqamətləri özündə ehtiva edir. Orada vacib məqamlardan biri yeni tikililərdəki mənzil satışının tənzimlənməsi ilə bağlıdır. Sənədsiz evlərin sənədləşdirilməsi ilə yanaşı bu istiqamətdə də işlər aparılır. Bu çox inqilabi dəyişiklik olacaq".
Anar Kəlbiyev