Azərbaycan Olimpiya Oyunlarındakı oxçuluq yarışına ilk idmançısını göndərib.
"Unikal" xəbər verir ki, Yaylagül Ramazanova, oyunlarda hamilə halıyla yarışıb.
Yaylagül birinci turda məşhur çinli rəqibi An Qixuanaya qalib gələrək 2-ci tura yüksəlib. Bu qələbə idman ekspertləri üçün gözlənilməz olub. İdmançımız ikinci turda almaniyalı Mişel Kroppenə 2:6 hesabıyla məğlub olub və Olimpiadadakı çıxışını tamamlayıb.
Qeyd edək ki, Yaylagul Ramazanova 7 aylıq hamilə olduğu halda ölkəsi adına çıxış edib. 34 yaşlı Ramazanova Olimpiadalar tarixində mərhələ adlayan ilk oxatanımız olub.