Yevlaxda nəqliyyat vasitəsi qaçırılıb.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 31-i gecə saat 4 radələrində Yevlax rayonu Aran qəsəbəsi ərazisindən “VAZ-2106” markalı avtomobilin qaçılırması barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil Ağsu rayonu ərazisində tapılıb.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən İ.Əhmədov müəyyən edilərək saxlanılıb.

Bundan başqa, iyulun 30-u axşam saatlarında Nəsimi rayonu ərazisində avtomobil təmiri sexinin qarşısından “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş R.Hüseynov müəyyən olunaraq avtomobillə birgə saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.