Qərb ölkələri pilot çatışmazlığı səbəbindən lazımi sayda F-16 qırıcılarını Ukraynaya ötürə bilmir.
"Unikal" xəbər verir ki, bu barədə Amerikanın "New York Post" nəşri yazıb.
"Hazırda kifayət qədər ukraynalı pilot yoxdur ki, bu da Ukraynaya göndərilə biləcək F-16-ların sayını məhdudlaşdırır ”, - materialda deyilir.
Nəşr əlavə edib ki, Kiyevin müttəfiqləri qırıcıları vaxtında çatdırıb. Materialda deyilir ki, hazırda ukraynalı pilotların əlavə təlimə ehtiyac olub-olmayacağı bəlli deyil. Nəşr onu da vurğulayır ki, bir çox qərbli siyasətçilər F-16 qırıcılarının münaqişənin gedişatını dəyişə bilməyəcəyi barədə xəbərdarlıq ediblər.
Gülayə Mecid