“Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət Qaydası” təsdiq edilib.
"Unikal" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərarla Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana), Vəkillər Kollegiyasına, bələdiyyələrə və nizamnamələrinə əsasən məişət zorakılığının qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyətinə dəstək göstərilməsi tövsiyə edilib.