Azərbaycan boksçusu Alfonso Dominges "Paris-2024" Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

"Unikal" xəbər verir ki, 92 kiloqramda yer alan idmançı 1/4 finalda qazaxıstanlı Aybek Oralbayla üz-üzə gəlib.

Rəqibini məğlub edən idmançımız yarımfinala vəsiqə qazanıb. O, bununla həm də bürünc medalı təmin edib.