Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə İsrail sərt cavab alacaq.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu İran ordusunun baş komandanı, general-leytenant Əbdülrəhim Musəvi deyib.
"Sionist rejimə (İsraili nəzərdə tutur - red.) şillə dəyəcək və bu, törətdiyi cinayətin cəzası olacaq", - deyə o, Tehranda Haniyə ilə vida mərasimində dövlət televiziyası IRIB-ə söyləyib.