Dünyada ilk tam mexaniki süni ürək transplantasiyası ABŞ-də həyata keçirilib.
"Unikal" xəbər verir ki, sözügedən köçürülmə Texas ştatında baş tutub.
Ürək çatışmazlığı olan bir xəstəyə mexaniki qapaq olmadan total süni ürək transplantasiyası aparılıb. "BiVACOR" tərəfindən hazırlanmış maqnit levitasiya texnologiyasına malik tam mexaniki ürək ilk dəfə insana transplantasiya edilib.
Titan materialdan hazırlanmış bu süni ürək sürtünmə olmadan işləyərək daha uzun müddət işləmək potensialına malikdir və saatda 12 litr qan pompalaya bilir. Ürək, xəstəyə yeni bir ürək implantasiyasına qədər ehtiyat olaraq bütün bədənə qan pompalamaq üçün nəzərdə tutulmuşdur.
Ürək transplantasiyası gözləyən xəstə süni ürək qoyulduqdan sonra 8 gün yaşaya bilib və daha sonra ona uğurlu ürək transplantasiyası həyata keçirilib.
İlk dəfə olaraq süni ürəyin insana transplantasiya edilməsindən sonra daha dörd xəstənin də tədqiqata cəlb edilməsi planlaşdırılır.
Zərifə Nağıyeva