Azərbaycan Premyer Liqasının I turunda nəzərdə tutulan “Şamaxı” – “Sabah” oyununun yeri dəyişdirilib.
"Unikal" xəbər verir ki, ölkəmizi Konfrans Liqasında təmsil edən “tələbələr”in III mərhələdə üz-üzə gələcəyi “Sent-Patriks Atletik”lə (İrlandiya) oyuna daha yaxşı hazırlaşması və mümkün zədələrin qarşısının alınması məqsədilə qarşılaşma avqustun 4-də saat 17:30-da “Bank Respublika Arena”da baş tutacaq.