Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasına yeni sədr təyin edilib.
"Unikal" xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Gülər Paşayevadır.
O, sədr vəzifəsində AMB-nin digər Baş direktoru Toğrul Əliyevi əvəz edib.
AMB-nin digər baş direktoru Şahin Mahmudzadə isə HŞ-nin sədr müavini təyin olunub.
Şuranın digər üzvləri isə əvvəlki qaydada Elnur Əliyev (iqtisadiyyat nazirinin I müavini), Sadiq Əliyev (Əmək və Əhalilinin Sosial Müdafiəsi Nazirliyinin aparatının Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri), Ziyəddin Allahverdiyev (Maliyyə Nazirliyinin aparatının Maliyyə Xidmətləri üzrə siyasət şöbəsinin müdiri), Abbas İbrahimov ("Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri) və Rövşən Allahverdiyevdir (“Kapitalbank” ASC-nin Müşahidə Şurasının sədri).