İranda Təhlükəsizlik Xidmətinin onlarla əməkdaşı HAMAS lideri İsmayıl Haniyənin qətli ilə bağlı dindirilmək üçün saxlanılıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, saxlanılanlar arasında yüksəkrütbəli hərbçilər də var.
Qeyd edək ki, İ.Haniyə iyulun 31-də Tehranda raket zərbəsi nəticəsində öldürülüb. O, avqustun 2-də Dohada dəfn olunub.