İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi Karlo Ançelotti gələcək karyerası barədə danışıb.
"Unikal" xəbər verir ki, 66 yaşlı mütəxəssis “kral klubu”nda qalacağını deyib: “Fikrimcə, “Real Madrid” mənim son klubum olacaq. Milli komandada işləmək üçün şansımın olub-olmadığını bilmirəm. Bu barədə çox da həyəcanlı deyiləm. İşimdən zövq alıram. Bu mövsüm məşqçilik karyeramın 29-cu ili olacaq. Bu illər ərzində çox titullar qazanmışam, amma itirdiyim oyunların sayını da nəzərə almalıyıq”.
Qeyd edək ki, Karlo Ançelottinin Madrid təmsilçisi ilə hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.