Bir neçə aviaşirkət Livandan uçuşları təxirə salıb, lakin hələ də adıçəkilən ölkədən bəzi istiqamətlərə təyyarə reysləri mövcuddur. Vətəndaşlarımızı bu ölkəni istənilən reyslə tərk etməyə çağırırıq.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ-ın Beyrutdakı Səfirliyi “X” hesabında paylaşım edib.
Qeyd edilib ki, təhlükəsizliklərinin təmin edilməsi üçün ABŞ vətəndaşları Livandan çıxmaq məqsədilə bütün mövcud imkanlardan istifadə etməlidirlər.