İsrailin Holon şəhərində naməlum şəxs insanlara bıçaqla hücum edib.
"Unikal" İsrail mediasına istinadən xəbər verir ki, o, 70 yaşlı qadını qətlə yetirib, daha dörd nəfəri ağır yaralayıb.
Terrorçunun fələstinli Ammar Rezak Kamal Auda olduğunu bildirilir. O, Salfit sakinidir və icazəsiz İsrail ərazisinə daxil olub.
Polisin məlumatına görə, terrorçu hücum yerinə gələn zabit tərəfindən zərərsizləşdirilib.