Uzun müddət Şamaxı Astrofizika Rəsədxananın "Planetlər və kiçik səma cisimləri" şöbəsinin rəhbəri vəzifəsində çalışmış Ədalət Ətayi bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə Rəsədxananın məlumatında deyilir.
Nadir İbrahimovun yetirməsi olan Ədalət Ətayi "Günəş sisteminin planetlərinin atmosferləri" mövzusu ilə məşğul olub.
Alim 70-dən çox elmi məqalənin, çoxsaylı elmi-kütləvi məqalələrin, bir sira kitabların müəllifidir.
O, həmçinin məktəblər üçün "Astronomiya" dərsliyinin həmmüəlliflərindən biri olub.