Maliyyənizi idarə etmək stresli ola bilər və bu yuxu pozğunluğu kimi problemlərin ümumi səbəbidir. Ancaq yaxşı yuxunun sirri hesabınızda və nə qədər tez-tez pul yığdığınızda ola bilər.
"Unikal" xəbər verir ki, aparılan araşdırmmalara görə, pula qənaət etmək yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edir.
İngiltərənin Bristol Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, hər ay bir qədər pul ayıraraq saxlamaq nə qədər kiçik olsa da, insanlara daha rahat, gələcəyə daha nikbin baxmağa və buna görə də gecələr daha yaxşı yatmağa kömək edir.
Tədqiqatlar həmçinin müəyyən edib ki, müntəzəm olaraq qənaət edən aztəminatlı insanlar, qənaət etməyən daha varlı insanlar qədər həyatdan məmnunluq səviyyəsinə malikdirlər. Bildirilib ki, pul qənaətinin qənaət təmin edərək pul narahatlığını azaltdığı və bu azaldılmış narahatlığın yuxu keyfiyyətini yaxşılaşdıraraq müsbət baxışa səbəb olur.
Zərifə Nağıyeva