Xaçmazda 1 ton 671 kq çətənə kolu məhv edilib.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Qaraçı kəndində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 1 ton 671 kiloqram olan 1342 ədəd çətənə kolu yandırılaraq məhv edilib.