Adele Olimpiya Oyunlarında qadınların 100 metr məsafəyə final yarışını izləmək üçün Münhendəki konsertini yarımçıq qoyub.

"Unikal" axsam.az-a istinadın xəbər verir ki, bu, onun “Adel Münhendə” layihəsinin ikinci günündə baş verib. Müğənninin çıxışını 80 min nəfər izləyib.

Yarış "Messe München" açıq arenasında nəhəng ekranlarda nümayiş etdirilib.

Almaniyadan sonra sənətçi oktyabrın 25-dən noyabrın 23-dək davam edəcək Las-Veqasdakı rezidenturasına qayıdacaq. Daha sonra Adel karyerasında böyük fasilə etməyi planlaşdırır.