Banqladeşin baş naziri Şeyx Hasina kütləvi etirazlar fonunda vəzifəsini tərk edərək Hindistana qaçıb.
"Unikal" xəbər verir ki, Banqladeş hökuməti baş nazirin istefasından sonra müvəqqəti hökumətin yaradıldığını elan edib.
Banqladeşdə 1971-ci il müstəqillik müharibəsi iştirakçılarının qohumları üçün iş yerləri üçün kvota sisteminə son qoyulmasını tələb edən nümayişçilər iyul ayından bəri davam edir. Avqustun 4-də etirazçılar baş nazir Hasinanın istefasını tələb edəndə hökumət əleyhinə etirazlar yenidən güclənib.
Baş nazir qaçdıqdan sonra prezident Şahabuddin Çuppu saxlanılan etirazçıların, eləcə də keçmiş baş nazir və müxalifət lideri Xalidə Ziyanın azadlığa buraxılması barədə göstəriş verib.
Etirazların fonunda Banqladeş komendant saatı və internetə çıxışı məhdudlaşdırıb.
Gülayə Mecid