Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Lüdoqorets” oyununa satılan biletlərin sayı bəlli olub.

"Unikal" xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

Bildirib ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça artıq 25 min 500 bilet satılıb.

Qeyd edək ki, komandalar arasında matç saat 20:00-da start götürəcək.