İsrailin daxili məxfi xidməti Şin Betin mümkün cavab hücuma qarşı Qüdsdəki yeraltı sığınacağın işə salındığını bildirib.
"Unikal" xəbər verir ki, sığınacağın baş nazir Benyamin Netanyahunu və yüksək vəzifəli məmurları İran təhlükəsindən qorumaq üçün istifadə olunacağı qeyd olunub.
Komanda və idarəetmə mərkəzlərinin olduğu sığınacaq ola biləcək İranın təhlükəsi zamanı istifadə ediləcək.
Təxminən 20 il əvvəl tikildiyi bildirilən sığınacağın İranın malik olduğu silah zərbələrinə davamlı, komanda və idarəetmə qabiliyyətinə malik olduğu və Müdafiə Nazirliyinin Tel-Əvivdəki qərargahına bağlı olduğu bildirilib.
Zərifə Nağıyeva