Çində 24 yaşlı oğlan beş ay dağlarda yaşayıb və tez bir zamanda qocalıb. İndi dostları belə onu tanımaqda çətinlik çəkirlər.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, sevgilisindən ayrılıqdan sonra depressiyaya düşən gənc oğlan dağda yaşamağa qərar verib.
O, Qinghai-Tibet yaylasına gedib. Orada dağda yaşamağın zehni təmizləyəcəyini eşidən çinli dağ həyat tərzinə keçid edib.
Beş aydan sonra oğlan evə qayıdıb. Lakin ailəsi və dostları onu tanınmayıb. 24 yaşlı çinlinin başı keçəlləşib, üzündə qırışlar əmələ gəlib. Oğlan artıq həkimə müraciət edib.
Gülayə Mecid