Cənubi Afrikanın İsrailə qarşı açdığı soyqırım işində Türkiyə rəsmi olaraq iştirak edəcək.
"Unikal" xəbər verir ki, sənədlər bu gün saat 17:30-da Haaqa Beynəlxalq Məhkəməsinə təqdim olunacaq.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan avqustun 5-də Misirdə həmkarı Bedr Abdulati ilə keçirdiyi birgə mətbuat konfransında ölkəsinin bu gün sənədlərini təqdim edəcəyini bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğan da həmin gün verdiyi açıqlamada Türkiyənin bu gün rəsmi olaraq işə daxil olacağını təsdiqləyib.
Zərifə Nağıyeva