Yunan-Roma güləşçimiz Həsrət Cəfərov “Paris-2024” Yay Olimpiya Oyunlarında ikinci görüşünü keçirib.

"Unikal" xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda moldovalı Valentin Petiçlə üz-üzə gəlib.

Rəqibinə 3:1 hesabı ilə qalib gələn H.Cəfərov yarımfinala vəsiqə qazanıb.

***13:44

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Unikal" xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançı 1/8 final mərhələsində Misirdən olan rəqibi Mohamed Elsayedlə qarşılaşıb.

Görüş idmançımızın 9:0 hesablı qələbəsi ilə yekunlaşıb.