Almaniyanın Kröf yaşayış məntəqəsində hotel çöküb. Hadisə nəticəsində ölən və yaralananlar var.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bir mərtəbə çöküb, nəticədə azı bir nəfər həlak olub.

Qeyd olunub ki, binada 14 nəfər olub. Beş nəfər rahat şəkildə xilas ola bilib, lakin son məlumatlara görə, dağıntılar altında doqquz nəfər qalıb, onlardan biri uşaqdır.

Axtarış-xilasetmə əməliyyatları davam edir.