"İsrail dövləti İrana qabaqlayıcı zərbə endirə bilər".
"Unikal" xəbər verir ki, bunu Fələstinin HƏMAS hərəkatının İrandakı nümayəndəsi Xalid əl-Qəddumi deyib.
Əl-Qədduminin fikrincə, belə bir addım “ikiqat axmaqlıq” olardı, çünki bu, hücum edən tərəf üçün ciddi nəticələrə səbəb ola bilər.
“Heç nəyi istisna etmək olmaz, çünki İsrail bütün ağlabatan sərhədləri - qanuna hörmət adlandırıla bilən hər şeyi keçib. Bununla belə, mənim fikrimcə, bu, ikiqat axmaqlıq olardı”, - HƏMAS nümayəndəsi bildirib.
Gülayə Mecid