Bu gün “Zirə” və “Sabah” komandaları UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyunlarını keçirəcək.

"Unikal" xəbər verir ki, hər iki təmsilçimiz matçlarını səfərdə oynayacaq.

Əvvəlcə meydana “Zirə” komandası çıxacaq. “Qartallar” Xorvatiyada “Osiyek”in qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

“Sabah” isə “Sent Patriks Atletik” (İrlandiya) kollektivi ilə üz-üzə gələcək. Dublində keçiriləcək qarşılaşmanın start fiti 22:45-də səslənəcək.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 15-də Bakıda təşkil olunacaq.