"Seçkilərdə milyonlarla insan iştirak edir. Bu zaman xoşagəlməz halların olmasından heç kəs sığortalanmayıb".
"Unikal" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, media nümayəndələri daima prosesin içərisində olduğundan seçkini obyektiv işıqlandırmalıdırlar:
"Media subyektləri öz auditoriyasını genişləndirmək üçün sensasion ştrixlərdən istifadə etməməlidirlər. Media subyektlərinin seçkilərin işıqlandırılmasındakı rolu olduqca vacibdir. Onlardan böyük gözləntilərimiz var".
Media nümayəndələrinin əməyini yüksək qiymətləndirən M.Pənahov dünyada medianın rolunun böyük önəm daşıdığını vurğulayıb.