Bakı Mühəndislik Universitetində (BMU) müasir dünyada tələb olunan “Radiotexnika və telekommunikasiya mühəndisliyi” ixtisası üzrə kadrların hazırlığı həyata keçirilir (https://beu.edu.az/az/page/bakalavr-40).

"Unikal" xəbər verir ki, iqtisadiyyatın hər bir sahəsinin uğurlu inkişafının çevik  informasiya ilə sıx bağlılıq təşkil etdiyi günümüzün reallığıdır və bu sahə üzrə mütəxəssislərə olan tələbat getdikcə artmaqdadır. 

“Radiotexnika və telekommunikasiya mühəndisliyi” ixtisasında təhsil alan tələbələr naqilli, habelə naqilsiz informasiya veriliş sistemləri üzrə mütəxəssis olaraq yetişırlər. Bu ixtisası bitirən məzunlar dövlət və özəl rabitə müəssisələrində, mobil rabitə operatorlarının şəbəkələrində, eləcə də korporativ rabitə şəbəkələri olan banklarda, şirkət və əlaqəli müəssisələrdə çalışa bilirlər. 

BMU-da “Radiotexnika və telekommunikasiya mühəndisliyi” ixtisası üzrə peşəkar kadr hazırlığının həyata keçirilməsi üçün  maddi-texniki bazası zəngin elektrotexnika, elektronika, mikroprosessor texnikası, mobil rabitə, optik veriliş sistemləri və müasir proqram təminatı  ilə təchiz olunmuş kompüter laboratoriyaları fəaliyyət göstərir. Bu laboratoriyalarda tələbələr müasir telekommunikasiya və radiotexnika avadanlıqlarına aid texnoloji biliklər və gərəkli təcrübələr əldə edirlər.