ABŞ və İsrailin artan təzyiqlərinə cavab olaraq Fələstinin HƏMAS qruplaşmasının Siyasi Bürosunun yeni rəhbəri Yəhya əs-Sinvar Qəzzada gənclərlə görüşüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, HƏMAS heç vaxt İranla əlaqələrini kəsməyəcək.
HƏMAS Siyasi Bürosunun yeni rəhbəri çıxışında qrupun “Müqavimət və işğal rejiminin tərksilahı” ilə bağlı mövqeyini bir daha təsdiqləyib.
Sinvar onu da bildirib ki, heç kim HƏMAS-ı İsraili legitim dövlət kimi tanımağa məcbur edə bilməz.
Gülayə Mecid