Azərkosmos Cənubi Afrikada yerləşən Botsvana dövlətinin Mülki Aviasiya İdarəsi ilə əməkdaşlığa başlayıb.
"Unikal" xəbər verir ki, sözügedən dövlət qurumu ilə imzalanmış uzunmüddətli tərəfdaşlıq müqaviləsi sayəsində Botsvanada “Azerspace-1” peykinin yerüstü rabitə və data xidmətləri təqdim olunacaq.
Qeyd edək ki, “Azerspace-1” peykinin C yayım zolağının Afrika şüası üzrə Botsvanaya peyk data xidmətinin verilməsi ilk dəfə olaraq həyata keçirilir.
Azərkosmos təkcə Cənubi Afrikada yerləşən 13 dövlətdən 6-na peyk xidmətləri təqdim edir. Botsvana ilə qurulmuş bu əməkdaşlıq Cənubi Afrika ölkələrində həyata keçirilən irihəcmli data layihələrində “Azerspace” peyklərinin xidmətlərinin istifadəsini genişləndirəcək.