Qazaxda sərxoş kişi özünə xəsarət yetirib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb. Kənd sakini  Z. Süleymanov kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstə əməliyyat edilib. Məlumata görə, həmin şəxs özünə sərxoş vəziyyətdə xəsarət yetirib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Tural Əhmədov