Yaponiyanın baş naziri Fumio Kişida Mərkəzi Asiya dövlət başçılarının Qazaxıstanda keçiriləcək görüşündə iştirak etməli olduğu Mərkəzi Asiya ölkələrinə turunu, bölgədə güclü zəlzələ təhlükəsi ilə əlaqədar ləğv etmək qərarına gəlib.

"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə Yaponiya hökumətinin başçısının özü məlumat verib.

"Mərkəzi Asiya ölkələrinə və Monqolustana səfərin ləğv edilməsi qərara alındı",- o qeyd edib və vurğulayıb ki, gələn həftə hökumətin bütün səylərini mümkün güclü zəlzələyə hazırlığa yönəldəcək. 

Gülayə Mecid