Bu yaxınlarda dünyasını dəyişən Kənan Işıkın təqdimatı ilə məşhurlaşan "Kim Milyoner Olmak İster" verilişinin yeni mövsümündə aparıcı dəyişikliyi olub.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, diqqətini aktyorluğa yönəltmək istəyən Kənan İmirzalıoğlu proqramı tərk edib. Verilişin aparıcılığını isə Oktay Kaynarcaya həvalə edilib.
Qeyd edək ki, Kənan İmirzalıoğlu 5 oktyabr 2019-cu il tarixindən etibarən verilişə aparıcılıq edirdi.