İsmayıllı şəhəri ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, Camal Məlikov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 2009-cu il təvəllüdlü Qalacıq kənd sakini Rahid Soltanovu vurub.

Piyada xəstəxanaya yerləşdirilib və ona sol bazu sümüyünün sınığı diaqnozu qoyulub. 

Faktla bağlı araşdırma aparılır.

Murad İbrahimli