Türkiyə narkotik satışı və qumar oyunlarının təşviqi üçün müəyyən edilmiş kanallara görə "Telegram"a girişi bloklaya bilər.
"Unikal" bu barədə “Sabah” qəeti məlumat yayıb.
Məqalədə deyilir: “Türkiyədə geniş istifadə olunan mesajlaşma proqramı olan Telegram cinayət bataqlığına çevrilib”.
Nəşr yazır ki, "Telegram" vasitəsilə Türkiyədə narkotik vasitələrin satışı, fahişəlik və qumar oyunlarının təbliği, həmçinin pedofiliya ilə bağlı videoların yayılması səbəbindən belə bir qərar verilə bilər.