Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin 2024-cü il avqustun 12-15-də Rusiyaya işgüzar səfər edəcək.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Vulin özü açıqlama verib.
"Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov, Baş nazirin birinci müavini Denis Manturov, Rusiya hökumətinin hüquq-mühafizə orqanlarının rəhbərlərindən tutmuş iqtisadiyyat sektoruna qədər geniş spektrli görüşlər keçiriləcək", - deyə Vulin bildirib.
Serbiyanın baş nazirinin müavininin sözlərinə görə, onun Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə də görüşləri planlaşdırılıb.