İsrail kəşfiyyat xidmətləri hesab edir ki, İran Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İsrailə birbaşa hücum etmək qərarına gəlib.
"Unikal" xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
"İsrail kəşfiyyat agentliklərinin yenilənmiş qiymətləndirməsinə əsasən, İran Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İsrailə birbaşa hücum etmək qərarına gəlib və bu, 15 avqust girov danışıqlarından bir neçə gün əvvəl baş verə bilər", - məlumatda deyilir.