Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun direktoru Nadir Quliyev vəzifəsindən ayrılıb.

"Unikal" xəbər verir ki, bu ilin əvvəlində yenidən istifadəyə verilən arenanın rəhbəri öz istəyi ilə istefa ərizəsi yazıb.

Qeyd edək ki, gənclər və İdman Nazirliyi N.Quliyevin ərizəsini qəbul edib. Yaxın günlərdə bu posta təyinat olacaq.