Varşavadan Nyu-Yorka uçan Polşanın LOT aviaşirkətinə məxsus təyyarə göyərtəsində bomba olması barədə yayılan xəbərə görə geri qayıtmağa məcbur olub.
"Unikal" xəbər verir ki, bu barədə aviadaşıyıcının mətbuat xidməti məlumat yayıb.
“Təyyarənin göyərtəsində potensial təhlükə barədə siqnal aldıqdan sonra kapitan prosedura uyğun olaraq Varşavaya qayıtmaq qərarına gəlib”, -deyə məlumatda bildirilib. Polşa paytaxtına eniş etdikdən sonra bütün sərnişinlər təyyarədən təxliyə edilib, uçuş isə təxirə salınıb.
Qeyd edək ki, hadisə ilə bağlı aparılan araşdırmalar nəticəsində polis 8 nəfəri saxlayıb, onlara “təyyarədə bombanın olması barədə yalan xəbərdarlıq etmək” ittihamı irəli sürülüb.