Fransanın paytaxtı Parisdə "Stade de Frans" stadionunda XXXIII Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, ənənəyə uyğun olaraq iştirakçı ölkələrin bayraqlarının paradı, idmançıların yürüşü, final yarışlarının qaliblərinin mükafatlandırılması, Olimpiya bayrağının endirilməsi və onun 2028-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının növbəti ev sahiblərinə ( Los-Ancelesdə - ABŞ) təhvil verilməsi mərasimi baş tutub.