Ukrayna ordusu ilə toqquşmaların baş verdiyi Rusiyanın Kursk vilayətinin ardınca Belqorodun Krasnoyarsk diyarında insanların təxliyəsinə başlanıldığı bildirilib.
"Unikal" xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov sosial media hesabından açıqlama verib.
Açıqlamada, bölgə əhalisini qorumaq üçün təxliyyələrin başladığını qeyd edən Qladkov vətəndaşların daha təhlükəsiz ərazilərə köçürüldüyünü bildirib.
Qeyd edək ki, daha əvvəl Rusiyanın Kursk şəhərində 76 mindən çox insanın təxliyə edildiyi bildirilmişdi.
*** 10:35
Kursk vilayətinin Belovski rayonunun rəhbəri Nikolay Volobuev sakinləri könüllü olaraq təxliyə etməyə çağırıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, Kurskda vəziyyət çox gərgin olaraq qalır. Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi bir gecədə Kursk vilayəti üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 11 PUA-nın vurulduğunu bildirilib.
Xatırladaq ki, avqustun 6-da ukraynalı əsgərlər sərhədi keçərək Kursk vilayətinə giriblər. Avqustun 8-də Rusiya Müdafiə Nazirliyi Sudjanski və Korenevski rayonlarında döyüşlərin getdiyini bildirib. Avqustun 9-da axşam saatlarında Belqorod, Bryansk və Kursk vilayətlərində antiterror əməliyyatı rejimi tətbiq edilib.
Gülayə Mecid