Rusiyanın Mordoviya vilayətində 7 saylı islah koloniyasının (İK) məhbusları cinayətkarlardan birinin doğum günü şərəfinə ziyafət veriblər.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilir ki, doğum günü keçirən şəxs "qanuni oğru"dur. Adı açıqlanmayan kriminal avtoritet ad günü şərəfinə kabab, pizza, qarpız, içkilər verib. Bildirilir ki, şənliyə koloniyanın rəisləri də qatılıb.
KİV qeyd edir ki, İK-7-də təhlükəli cinayətkarlar, o cümlədən etnik qrupların liderləri və narkotik bandaları da var.
Rusiya Federal Penitensiar Xidmət (FSIN) mediaya verdiyi şərhdə bu faktla bağlı araşdırma apardıqlarını qeyd edib.
Gülayə Mecid