Türkiyənin Hakkari bölgəsində “Gürz-6” əməliyyatı keçirilib.
“Unikal” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
O bildirib ki, əməliyyat zamanı 1-i ölü, 2-si sağ olmaqla 3 terrorçu zərərsizləşdirilib.
Qeyd edək ki, Ali Yerlikaya “Gürz-6” əməliyyatını anbaan izləyib.