Bu gün 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd Ülvi Quliyev sakinlərlə ilk görüşünü keçirib.
"Unikal" xəbər verir ki, görüşdə dairə ərazisində yaşayan seçicilər, o cümlədən şəhid ailələrinin üzvləri və qazilər də iştirak edib.
Deputatlığa namizəd Ü. Quliyev çıxış edərək seçki platformasını diqqətə çatdırıb, seçiciləri düşündürən məsələ və suallardan bir çoxuna aydınlıq gətirib.