Gəncədə yeniyetməyini  bıçaqlayan şəxs saxlanıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inpektoru, polis mayoru Eşqin Qasımov "Unikal"a bildirib ki, hadisəni törədən şəxs tutulub. Onun sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 2009-cu il təvəllüdlü A. Namazov saxlanılaraq istintaqa təhvil verilib.

DİN rəsmisi qeyd edib ki, hadisə ötən gün qeydə alınıb.

*** 22:36

Gəncədə yeniyetmə bıçaqlanıb.

"Unikal" xəbər verir ki, hadisə şəhərdə yerləşən universitetin yaxınlığında qeydə alınıb.

Şəhər sakini - 2009-cu il təvəllüdlü A.Abbasov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.15 yaşlı yeniyetməyə həkimlər tərəfindən yardım edilib,vəziyyətinin orta-ağır olduğu bildirilir. İlkin məlumata görə, A.Abbasov tanışı tərəfindən bıçaqlanıb.

Hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılır.

Tural Əhmədov