Xəbər verdiyimiz kimi, növbədənkənar parlament seçkilərində iştirak üçün 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
"Unikal"ın məlumatına görə, 125 seçki dairəsi üzrə mübarizə aparacaq namizədlər arasında gənclər də üstünlük təşkil edir.
Ən gənc namizəd 2006-cı il təvəllüd Hüseynov Zəbulla Nizami oğludur. Onun 18 yaşı tamam olub. Digər gənc namizədlərin 1-nin 19, 2-nin 20, 5-nin 21, 12-nin 22, 9-nun isə 23 yaşı var.
Qeyd edək ki, Prezident İlham Əliyev sərəncamına əsasən, bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək.
Anar Kəlbiyev